"Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığının əhəmiyyətini dərk edir". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

O, bu barədə jurnalistlərə Bakıda "Rus Evi" və "Sputnik Azərbaycan"ın bağlanması fonunda ölkələr arasında münasibətlərlə bağlı sualı cavablandırarkən bildirib: "Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında liderlərimizin münasibətlərimizin bütün kompleksinə aid olan məsələlərdə razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edərək rəhbər tutacaqlar". 

Ağarza Elçinoğlu