Təbrizdə şagirdləri türk dilində milli mahnıları oxuyan məktəbin təsisçisi və rəhbərliyi ETTELAAT-a çağırılıb.

"Unikal" xəbər verir ki, Təbrizdəki "Kara" qızlar və oğlanlar məktəblərinin təsisçisi xanım Bayramzadə təhlükəsizlik orqanı tərəfindən çağrılaraq məktəbin lisenziyasının ləğv ediləcəyi ilə hədələnib. Onunla birgə məktəbin oğlanlar korpusunun rəhbəri xanım Əzimpuran və qızlar kopusunun rəhbəri xanım Rəsulivənd də çağrılıb.

ETTELAAT-ın bu qanunsuz çağırışı Beynəlxalq Ana Dili Günündə Təbrizin Atlas  ticarət kompleksində "Kara" məktəblərinin qız və oğlan şagirdlərinin türkcə “Daşlı qala”, “Sudan gələn sürməli qız” və digər Azərbaycan mahnılarını oxuması ilə bağlıdır.