Ukrayna hərbi münaqişəni üç ildən sonra yox, 2025-ci ildə bitirməyə ümid edir.
"Unikal" xarici KİV-ə istitnadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı deyib.
“Bu, çox çətin vəziyyətdir. Bütün ölkəmiz üçün bu müharibədən keçmək çox çətindir. Mən üç ildən danışa bilmərəm, müharibənin bu il bitəcəyinə ümid edirəm", - deyə Zelenski bildirib.
Zelenski vurğulayıb ki, “Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-da olmasa, Rusiya on ildən sonra yenidən müharibəyə qayıda bilər”.