Ukrayna prezidenti Volodymir Zelenski bu həftə və ya bundan sonrakı həftə Vaşinqtona mədən yanacaqları ilə bağlı saziş imzalamaq üçün gələ bilər.

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı deyib: "Mən prezident Zelenski ilə görüşəcəyəm. O  bu həftə və ya gələn həftə müqaviləni imzalamaq üçün gələ bilər və bu, əla olardı".

Amerika lideri əlavə edib ki, hazırda ABŞ və Ukrayna arasında razılaşma üzərində iş gedir və tərəflər yekun razılaşmaya çox yaxındır: "Bu, nadir torpaqlar və müxtəlif başqa məsələlər üzrə sövdələşmə olacaq".