Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Səfər çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacaq. Bundan əlavə, bir sıra İran rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.
***11:37
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin dəvəti ilə Lavrov Tehrana işgüzar səfər edəcək.
Xatırladaq ki, Rusiya XİN rəhbəri ötən gün Türkiyəyə səfər etmişdi.
Gülayə Mecid