"Konstitusiya islahatları hazırda davam edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü sessiyası zamanı Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan deyib.
Onun sözlərinə görə, yeni Konstitusiyanın konsepsiyası hazırlanıb: "Biz Konstitusiyanın yeni mətni üzərində işləyirik ki, bu da qəbul edilmiş öhdəliyə uyğun olaraq 2026-ci ildə hazır olmalıdır.
Konstitusiyada insan hüquqları, o cümlədən sosial-iqtisadi hüquqlar vurğulanacaq, həmçinin idarəetmə qaydası, müxtəlif dövlət orqanlarının yeri və rolu ilə bağlı bir sıra müddəalar öz əksini tapacaq".
Ağarza Elçinoğlu