Səlahiyyət müddəti tezliklə başa çatacaq Polşa prezidenti Anjey Duda alacağı prezident təqaüdünün miqdarından şikayətlənib.
"Unikal" xəbər verir ki, Duda bu barədə yerli mətbuata açıqlamasında deyib.
Dudanın sözlərinə görə, prezidentin üzərinə düşən məsuliyyəti nəzərə alsaq, həmçinin hazırda Polşada üç nəfərin prezident təqaüdü aldığını nəzərə alsaq, pensiyanın ölçüsü o qədər də böyük deyil.
Qeyd edək ki, Polşada təqaüddə olan prezidentin pensiyası təxminən 3000 ABŞ dollarına bərabərdir.
Xatırladaq ki, bu il mayın 18-də Polşada yeni prezident seçkilərinin birinci turu keçiriləcək.
Ağarza Elçinoğlu