İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyətə toxunub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Biz Ermənistan və Azərbaycan arasında sülhün tərəfdarıyıq və bu məsələni dəstəkləməyə hazırıq", - İranın XİN rəhbəri bildirib.

Tərəflər həmçinin hər iki ölkəni maraqlandıran bir sıra məsələləri müzakirə ediblər. 

Ağarza Elçinoğlu