Polşanın baş naziri Donald Tusk nəvələri ilə xizək sürərkən ayağından xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi özünün X sosial şəbəkə hesabında açıqlayıb.
"Bu həftə sonu arzuladığım həftə sonu olmalı idi, çünki bunu altı aydır planlaşdırırdım. Nəvələrim dedi ki, bizə xizək sürməyi öyrət. Mən də öyrətdim. İndi yaxın bir neçə gün ərzində bu cihazlar mənimlə olacaq. Təbii ki, mən xəstəlik məzuniyyətinə getməyə hazırlaşmıram", - deyə baş nazir bildirib.
O əlavə edib ki, öz ehtiyatsızlığı ucbatından ayağını zədələyib.
Ağarza Elçinoğlu