Rusiyanın Marseldəki konsulluğuna hücumda iştirak edən şəxslər saxlanılaraq nəzarətə götürülüb

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Ötən gün Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış baş verib. Naməlum şəxslər onun ərazisinə PUA ataraq yoxa çıxıblar. Konsulluğun əməkdaşları və ya ziyarətçilərdən heç biri zərər görməyib. Rusiya hücumun “terror aktının bütün əlamətlərini” daşıdığını bildirib və Fransa tərəfindən diplomatik qurumlarda təhlükəsizlik tədbirlərinin araşdırılmasını və gücləndirilməsini tələb edib.