Bir sıra Yaxın Şərq ölkələrini bürümüş anomal soyuq hava nəticəsində Qəzza zolağında 6 yeni doğulmuş körpə ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanə KİV-i məlumat yayıb.
"Qütb hava kütlələri ilə müşayiət olunan anomal soyuqların vurduğu Qəzza zolağında şiddətli soyuqluq nəticəsində altı yeni doğulmuş körpə ölüb. Tibbi mənbələrə görə, Qəzza şəhərinin qərbindəki Rimal bölgəsindəki Xəstə Dostları xeyriyyə xəstəxanasında beş uşaq, Xan Yunis şəhərində isə altıncı uşaq dünyasını dəyişib", - deyə məlumatda qeyd olunur.