Kanadanın Qərbi "Beş Göz" kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyədə müzakirə edilir.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu "Beş Göz" alyansından çıxarılması ideyasını irəli sürüb.

Nəşr yazır ki, Vaşinqton bu addımla Ottavanı ABŞ ərazisinə köçən qeyri-qanuni miqrantlarla mübarizəni gücləndirməyə təşviq etməyə ümid edir.

Qəzet qeyd edir ki, hazırda Trampın bu ideyaya necə reaksiya verdiyi məlum deyil, lakin məsələ Ağ Ev rəsmiləri arasında geniş müzakirə olunur.