Qaqauziya rəhbərinin müavini Viktor Petrov Kişinyov hava limanında saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, istanbuldan Moldovaya qayıdarkən tutulub.
Qeyd edək ki, 2024-cü il aprelin 24-də Moldova Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Qaqauziya rəhbəri Yevgeniya Qutsulun partiyasının qanunsuz maliyyələşdirilməsində iştirakı iddiası ilə bağlı cinayət işini məhkəməyə göndərib və bu iş hələ də davam edir. Qaqauziyanın rəhbəri bundan əvvəl ona qarşı qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirmişdi.