İranın paytaxtı Tehranda enerjiyə qənaət məqsədilə bu gün də məktəblər bağlanacaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, artan enerji istehlakını azaltmaq üçün məktəblər və dövlət müəssisələri üç gündür ki, bağlıdır. 

Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran sanksiyalar, qeyri-adekvat infrastruktur və artan tələbat səbəbindən ciddi enerji böhranı yaşayır.