ABŞ prezidenti Donald Tramp süni intellekt tərəfindən hazırlanan Qəzza zolağının gələcəyi ilə bağlı videoçarx paylaşıb. 

"Unikal" xəbər verir ki, videoçarxda amerikalı sahibkar İlon Maskın göydələnlərlə dolu Qəzza zolağında yemək yeyib pul atdığı və Trampın qızıldan hazırlanmış heykəli yer alıb. 

Arxa fonda səslənən mahnı da diqqət çəkib. Mahnının sözlərində "Donald Tramp sizi azad edəcək, həyatı qaytaracaq, artıq qorxu yoxdur, Trampın Qəzzası nəhayət buradadır. Trampın Qəzzası parlayır, qızıl gələcək, tamamilə yeni bir həyat. Ziyafət və rəqs edin, bitdi. Trampın Qəzzası bir nömrədir", - ifadələri yer alıb. 

Bu videolar və açıqlamalar təxminən 48 min fələstinlinin həyatını itirdiyi Qəzzada böyük reaksiyalara səbəb olub. Videoda Trampın Qəzza planına istinad edildiyi qeyd olunub. 

Gülayə Mecid