Rumıniya prezidentliyinə həbsdə olan namizəd Kelin Corcesku azadlığa buraxılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, 60 gün ərzində məhkəmə nəzarəti altında olacaq.
Ölkə prokurorluğu ona qarşı “konstitusiya quruluşunu sarsıtmaq məqsədi ilə faşist təşkilatı yaratmaq”, həmçinin “faşist, legioner, irqçi və ya ksenofob fikirləri açıq şəkildə təbliğ etmək” kimi ittihamlar irəli sürüb. Corceskunu 20 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, o, prezident seçkilərinin birinci turunda qalib gəlsə də, sonradan ölkənin Konstitusiya Məhkəməsi nəticələri ləğv edib. Siyasətçi əvvəllər NATO-nu və Ukraynaya hərbi yardımı tənqid edib, həmçinin Rusiya ilə ittifaqın tərəfdarı olub.
*** 16:46
Rumıniya prezidentliyinə namizəd Kelin Coresku onun seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə “Mediafax” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Georgesku dindirilmək üçün Rumıniya prokurorluğuna aparılıb. O, konstitusiya quruluşunu məhv etmək üçün faşist təşkilatı yaratmaqda və seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilinir.
Ötən il noyabrın sonunda Corcesku Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb.