Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtda Gürcüstana səfər edə bilər.

"Unikal" xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Türkiyə səfərini dəyərləndirərkən deyib.

Boçorişvili türkiyəli həmkarı ilə Ərdoğanın səfəri üzərində işləyəcəklərini bildirib:

“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq”.