Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Moskvanın potensial danışıqlarda güclü mövqe qazanmasının qarşısını almaq üçün Avropanı Rusiyaya təzyiq göstərmək üçün bütün təsirindən istifadə etməyə çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini RND sitat gətirib. 

O hesab edir ki, Avropa bu gün güclü mövqedədir, lakin onu müdafiə etmək və qorumaq lazımdır. Nazirin sözlərinə görə, Aİ Rusiyaya təzyiq göstərmək üçün "özünün əlində çox şey var". Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, söhbət Rusiyanın dondurulmuş aktivləri və sanksiyaların tətbiqi və ləğvi imkanlarından gedir:

"Təəssüf ki, biz görürük ki, danışıqlar artıq gedir və tezliklə iki prezident Rusiya və ABŞ arasında bərabər şərtlərlə danışıqlar aparılacaq. Biz Rusiyaya iqtisadi və sanksiyalar vasitəsilə təzyiq etməliyik ki, Moskva danışıqlarda daha yaxşı mövqe tutmasın. Əgər Rusiya və ABŞ Avropa və Ukrayna haqqında danışmaq istəyirsə, bizim razılığımız olmadan qərar qəbul etmək mümkün deyil".

Gülayə Mecid