ABŞ Ukrayna ilə nadir torpaq ehtiyatlarına dair razılaşma yolu ilə bu ölkəni faktiki olaraq özünün iqtisadi koloniyasına çevirir.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazıb.
Nəşrin məqaləsində qeyd edildiyi kimi, faydalı qazıntılar üzrə ABŞ-Ukrayna sazişinin tam şərtləri hələ dərc olunmayıb, lakin sövdələşmənin Kiyev üçün sərfəli olmadığı açıq-aydın görünür.
"ABŞ prezidenti Ukraynanı faktiki olaraq iqtisadi müstəmləkəyə çevirəcək bir şey tələb etdi", - nəşrin hesabatında deyilir.
Gülayə Mecid