Dağıstanda keçirilən antiterror əməliyyatı (CTO) zamanı 4 yaraqlı zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

"Martın 5-nə keçən gecə həyata keçirilən əks-terror əməliyyatı nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk şəhərindəki vilayət administrasiyasının obyektində terror aktı törətməyi planlaşdıran 4 yaraqlı zərərsizləşdirilib”, - məlumatda deyilir.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə cinayətkarlar arasında toqquşma baş verən yerdə və yaxınlıqdakı anbarda qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və onlar üçün sursat aşkar edilib.

Məhv edilən şəxslərin İŞİD üzvü olduğu qeyd olunub. 

Gülayə Mecid