Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümündə komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib.
"Unikal" xəbər verir ki, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Bildirilib ki, bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.