İcbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini diqqətə çatdıran nazir deyib: “Hazırda tibbi sığorta zərfinə 3315-dən çox tibbi xidmət daxil edilib. İldən-ilə bu siyahı genişləndirilir. İnanırıq ki, bu il də siyahıya müəyyən tibbi xidmətlər əlavə ediləcək”.