“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Rusiyalı iş adamının Dubaya getdiyi bildirilir.

Qeyd edək ki, Durov 2024-cü ilin avqustunda “Paris Le Burje” hava limanında saxlanılıb. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılıb. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.