İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik futbolçusu Qavi barədə müsbət fikirlər səsləndirib.

"Unikal" xəbər verir ki, almaniyalı mütəxəssis 20 yaşlı yarımmüdafiəçinin gələcəkdə Kataloniya klubunun ulduzlarından birinə çevriləcəyini bildirib.

O, bu mövsüm “Barselona”nın heyətində 25 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.