"Azercell" Novruz Bayramı münasibətilə xüsusi kampaniyaya start verir.

"Unikal" xəbər verir ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından Honor smartfonu və ya planşeti əldə edən bütün istifadəçilər üç ay ərzində “SuperSən 6GB” və “SuperSən 10GB”  tariflərindən 50% endirimlə  yararlanmaq imkanı əldə edəcəklər. 

31.03.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 179 AZN-dən başlayan Honor cihazlarına şamil olunacaq. 

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/ daxil ola bilərsiniz.

"Azercell" Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir!