Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz bayramı münasibətilə sosial aksiya təşkil edilib.

"Unikal" xəbər verir ki, YAP Nizami rayon təşkilatının rəhbərliyi, əməkdaşları, fəalları və könüllüləri şəhid ailələrini ziyarət edib, onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, həmin gün YAP Nizami rayon təşkilatında qazilərlə də görüş keçirilib.

Görüşdə iştirak edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və digərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu qeyd ediblər.

Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.