18 mart 2025-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramı münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirin açılışında AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev çıxış edərək AHİK sədri Sahib Məmmədovun təbriklərini çatdırıb, xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə bütün AƏSMA kollektivini təbrik edib, onlara xoş arzularını bildirib.
Ulu Öndər Heydər Əliyevin ideallarını həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin bərpa edildiyini qeyd edən Y.Ağayev, qeyd edib ki, bu il də xalqımız bayramları qələbə, zəfər əhval-ruhiyyəsi ilə qeyd edir.
Tədbir bədii hissə ilə davam edib, sonda bütün iştirakçılara AHİK tərəfindən verilən bayram hədiyyələri təqdim edilib.