Avstriyada mayın 1-dən məktəblərdə birinci sinifdən səkkizinci siniflərə qədər mobil telefonların istifadəsi qadağan ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin yeni təhsil naziri Kristof Viderker bildirib.
“Qadağa səkkizinci sinfə qədər olan şagirdlər üçün dərslər və tənəffüslər zamanı qüvvədə olacaq”, - deyə o bildirib.
Eyni zamanda, o əlavə edib ki, təhsil müəssisələri müstəqil şəkildə bəzi istisnalar edə bilərlər. Məsələn, təhsil məqsədləri üçün mobil telefondan istifadənin zəruri olduğu hallarda bu istisnalar ola bilər.