Ukrayna prezidenti Volodimir Zelenskinin Cənubi Afrika Respublikasına (CAR) səfəri aprelin 10-dan aprelin 24-nə təxirə salınıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat verib.

"Zelenskinin səfəri onun şəxsi xahişi və hazırkı qrafiki ilə əlaqədar Ukrayna hökumətinin istəyi ilə 24 aprel 2025-ci il tarixinə dəyişdirilib", - deyə sözçü bildirib.

Maqvenya əlavə edib ki, Cənubi Afrikanın Ukraynadakı münaqişəni həll etmək istəkləri ABŞ-nin mövqeyi ilə üst-üstə düşür. Eyni zamanda, mətbuat katibi qeyd edib ki, Zelenskinin səfəri sülh prosesini dəstəkləmək və ölkələr arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.