"Moskva və İrəvan arasında ortaq tarixə və iki ölkə xalqları arasında səmimi rəğbətə əsaslanan xüsusi münasibətlər mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bloqer Olqa Blaqoveşçenskaya ilə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı təkcə suveren dövlət kimi deyil, həm də tarixi əlaqələri, birgə layihələri, ailə münasibətləri, biznesi və taleyin sıx qarşılıqlı asılılığı olan bir ölkə kimi qəbul edir.
Rusiya-Ermənistan münasibətlərindən danışan Zaxarova vurğulayıb ki, Moskva həmişə İrəvanı dəstəkləməyə çalışıb. Bu dəstək təkcə geosiyasi maraqlarla deyil, həm də iki xalq arasında dərin humanitar əlaqələrlə diktə olunub.
Ağarza Elçinoğlu





















































