Bu şəxslər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklikdə təklif edilir.
Qanunun 12.3 maddəsinə edilən təklifə əsasən tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
Qanunun 12.4 maddəsinə nəzərdə tutulan təklifə əsasən tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.
Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev





















































