Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Bakı təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq. Lendava stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına isə 1:2 hesabı ilə məğlub olub. Paytaxt təmsilçisi Serbiyanın "Radniçi” (Niş) kollektivini isə 3:0 hesabı ilə üstələyib.





















































