İslam Respublikası Trampa Ağ Evdə asanlıqla sui-qəsd edə bilər.

"Unikal" xəbər verir ki, bun barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Hüseyn Kənani-Möqəddəm "Fararo" saytına açıqlayıb. 

"Biz amerikalılarla sülh danışıqları aparmırıq, əksinə gərginliyi azaltmaq üçün danışıqlar aparırıq.

Biz Tramp və onun cinayətkar əlaltıları ilə sülh danışıqları aparmırıq və danışıqlarda yalnız hüquqlarımıza nail olmağa və ittihamları ABŞ-yə izah etməyə çalışırıq. Qisas tam qüvvədə qalır", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu