Aİ ölkələri Rusiya ilə dialoq formatı barədə razılığa gələ bilməyiblər

"Unikal" xəbər verir ki, bu barədə   "İzvestiya" qəzeti Aİ diplomatına istinadən yazıb. 

Nəşrin mənbəyinə görə, Avropa Birliyi Rusiya ilə dialoqa açıqdır, lakin qarşılıqlı əlaqə üçün konkret bir format qəbul edilməyib.

"Hələ ki, belə danışıqlara başlamaq mərhələsində deyilik. Gələcək formatdan asılı olmayaraq, Avropanın Ukraynadakı vəziyyətin həlli prosesində iştirakı  qaçılmazdır", - deyə o əlavə edib.