Gəncə şəhərində yas mərasimində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı prokurorluqda araşdırmalara başlanılıb.
"Unikal"ın məlumatına görə, 12 iyul tarixində Gəncə şəhərində yas mərasimində iştirak etmiş Rüstəmova Nuriyyə Daşdəmir qızı, Əliyeva Bənövşə Fəxrəddin qızı, İsmayılova Mahirə Mayıl qızı, Teymurlu Amin Həzi oğlu, Hüseynova Sevil Sərdar qızı, həmçinin azyaşlılar – 2015-ci il təvəllüdlü Hüseynova Zeynəb Azər qızı, 2017-ci il təvəllüdlü Məmmədov İbrahim Rauf oğlu və 2020-ci il təvəllüdlü İsayev Uğur Anar oğlunun zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Qeyd edək ki, hadisə iyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verib. İlkin məlumata əsasən, mərasimdə iştirak edən bir neçə nəfər qəbul etdikləri qidadan sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam etdirilir.
Murad İbrahimli







.jpg)
.jpg)






.jpg)


.jpg)





















.jpg)


.jpg)
.jpg)

.jpg)








