Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi İngiltərə ilə keçiriləcək dünya çempionatının yarımfinal oyunu öncəsi fikirlərini bölüşüb.

"Unikal"ın məlumatına görə, 39 yaşlı argentinalı hücumçu bildirib ki, karyerasında ilk dəfə İngiltərə millisinə qarşı meydana çıxacaq:

"Bu, mənim üçün unikal matç olacaq. Çünki indiyədək bütün yığmalara qarşı oynamışam, yalnız İngiltərəyə qarşı yox. İngiltərə dünya futbolunun aparıcı ölkələrindən biridir və belə rəqibə qarşı oynamaq böyük zövqdür".

Qeyd edək ki, dünya çempionatının yarımfinal mərhələsində İngiltərə – Argentina qarşılaşması iyulun 15-də ABŞ-nin Atlanta şəhərində keçiriləcək. 

Gülayə Mecid