İngiltərənin Kent şəhərindəki Margate çimərliyində tapılan skeletə bənzər fiqur yerli sakinləri qorxuya salıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qumda yarı basdırılmış vəziyyətdə tapılan həm skeletə, həm də “su pərisi”nə bənzəyən qəribə obyekt böyük maraq və qorxuya səbəb olub. Obyektin “bədii” məhsul olduğu ehtimal edilir.
Hadisədən xəbər tutan kiçik bir izdiham sahilə toplaşıb. Bəziləri bunun gəmi fiquru və ya sürüklənən bir sənət əsəri ola biləcəyini, bəziləri isə yadplanetlilərə bənzər bir varlıq ola biləcəyini iddia edib. Səlahiyyətlilər məsələ ilə bağlı araşdırma başladıb.