İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılması Türkiyə ictimaiyyətində böyük rezonans yaradıb.
"Unikal" xəbər verir ki, "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı"nda ittiham olunan İmamoğluna dəstək olanlar arasında yazıçı Sunay Akın da var.
Belə ki, türk yazıçı İmamoğlu ilə bağlı "Instagram" hesabında diqqət çəkən paylaşım edib.
O, paylaşdığı postda İmamoğlunu günəşə bənzədib və "Gecəyə nağıllar qədər gözəl, sonunda həmişə ədalətin bərqərar olduğu bir tablo təqdim edək... Yatmayan, yata bilməyən, yatamağa qoyulmayanlar üçün..." şərhini qeyd edib.
Onun bu paylaşımı istifadəçilər tərəfindən məsxərəyə qoyulub.
Gülayə Mecid