İtaliyanın "Roma" komandasının futbolçusu Mats Hummels cari mövsümün sonunda klubu tərk edəcək.

"Unikal" xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi heyəti yeniləmək niyyətindədir. Bu səbəbdən 36 yaşlı almaniyalı müdafiəçiyə yeni müqavilə təklif edilməyəcək.

Qeyd edək ki, Mats Hummels "Borussiya Dortmund"dan ötən yay ayrılaraq azad agent kimi "Roma"ya keçib.