Müğənni Bülent Ersoy ötən gecə saat 01:00-da Etilerdə restoran açdırıb və dostu ilə şam yeməyi yeyib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ersoy şam yeməyindən sonra rahat alış-veriş edə bilmək üçün zərgərlik mağazasını da açdırıb. 

Bülent Ersoy mağazadan əliboş çıxmayıb.  O, aldığı yeni boyunbağı ilə bağlı "Türkiyədə onu ilk taxan mən olacam. Sözün əsl mənasında sərvət xərclədim" deyib.

Üzüyü və daşlı saatı ilə diqqət çəkən Bülent Ersoy sözlərini belə davam etdirib: 

"Heç kim mənə heç nə almadığı üçün özüm almışam. Ailəm həmişə kasıb olub. İndi mən heç kimi istəmirəm, nə kasıbı, nə də varlını...". 

Gülayə Mecid