Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalar çərçivəsində verilən məhkəmə qərarları ilə bağlı açıqlama verib. 

"Unikal" "CNN Türk"ə istinadən xəbər verir ki, nazir açıqlamasında məhkəmə tərəfindən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da daxil olmaqla bəzi şübhəlilər üçün həbs, məhkəmə nəzarəti və sərbəst buraxılma qərarları verdiyini bildirib. 

Yılmaz Tunç qeyd edib ki, məhkəmə prosesləri hüquq sistemində təftiş üçün açıq bir şəkildə irəliləyir və müvafiq araşdırmalar hələ də davam edir. 

Bəyanatda hakimlərin cinayət işinin əhatə dairəsi, iddialar, müdafiə və dəlillər əsasında hüquqi nəticəyə gəldiyi, davam edən istintaqı “siyasi araşdırma” kimi qələmə vermənin düzgün olmadığı bildirilib.

Həmçinin xatırladılıb ki, hüquqi qiymətləndirmələrin siyasi əsaslara sürüklənməsi cəmiyyətdə yanlış təsəvvürlərə gətirib çıxara bilər və bu, qanunun aliliyi prinsipinin pozulması deməkdir. 

Prosesin tamamlanmasını gözləmək lazım olduğu vurğulanıb və qiymətləndirmələrə mülayim bir yanaşma ilə yanaşmağın vacibliyi vurğulanıb.

Ağarza Elçinoğlu