"Yuventus" ötən yay İtaliyanın "Bolonya" klubundan Turin klubuna keçən italiyalı Tiaqo Mottanı baş məşqçi vəzifəsindən azad edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tiaqo Motta ikinci dəfə "Yuventus"a rəhbərlik edən 46 yaşlı xorvat İqor Tudorla əvəzlənib. O, 1998-2007-ci illərdə futbolçu olduğu 2020-2021-ci illərdə İtaliya komandasını da idarə edib.
Qeyd edək ki, İtaliya çempionatında keçirdiyi 29 oyundan sonra "Yuventus" 52 xalla 5-ci yerdədir.
Baş məşçinin əvəzinə təcrübəli mütəxəssis İqor Tudor gətirilib.
Ağarza Elçinoğlu