UFC üzrə keçmiş dünya çempionu, irlandiyalı boksçu Konor Makqreqor 7 ilədək həbs oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə Irish Inependent nəşri məlumat yayıb.
İrlandiyanın Dövlət Prokurorluğu Direktorunun 2023-cü ildə noyabrında Dublindəki iğtişaşlardan bir gün əvvəl X sosial platformasında Konorun miqrantlarla bağlı fikirlərini araşdırıb. İdmançının paylaşımlarının irlandlar arasında zorakılığa səbəb ola biləcəyi əsas gətirilir. Araşdırmalar davam etdiyi üçün hələlik, Makqreqora qarşı heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, İrlandiya qanunlarına görə, ölkədə nifrətin qızışdırılması görə 7 ilə qədər həbsə cəzası tətbiq oluna bilər.