Rusiyanın "Lukoil" neft şirkəti genişmiqyaslı xaker hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, bu gün səhər saatlarından etibarən şirkətin bütün sistemi sıradan çıxıb.

Məlumata görə, bu gün səhər şirkət əməkdaşları iş kompüterlərinə daxil ola bilməyiblər: "Bütün işçilərə məlumat sızmasının qarşısını almaq üçün login və parollardan istifadə edərək iş hesablarına daxil olmamaq tapşırılıb. Müştəri istifadəçi sisteminə və şirkətin daxili məlumat bazalarına giriş hazırda bağlıdır. Bu, həm baş ofisə, həm də regional filiallara aiddir. Bərpanın nə qədər vaxt aparacağı məlum deyil". 

Ağarza Elçinoğlu