Rusiya 19 iyulda Türkiyə mülki gəmisi GOLDEN LEO-nu üç raketlə vurub.
"Unikal" UNIAN-a istinadən xəbər verir ki, zərbə nəticəsində 10 nəfər həlak olub.
Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib ki, ölənlərdən doqquzu (4 nəfər itkin düşüb) xarici heyət üzvü, bir nəfər isə ukraynalı kapitandır.
"20 iyul səhəri etibarilə artıq məlumdur ki, düşmənin mülki xarici gəmiyə hücumu nəticəsində 10 nəfər həlak olub. Daha yeddi nəfər yaralanıb", - deyə məlumatda qeyd olunub.
Sağ qalan dənizçilər Odessaya aparılıb.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Gəminin həlak olan azərbaycanlı kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.
Ağarza Elçinoğlu







.jpg)


.jpg)













































