Kiyev rejimi Rusiyanın mülki enerji infrastrukturuna ziyan vuraraq, Rusiyanın energetikasına zərbələr endirməkdə davam edir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Zelenskinin mülki enerji obyektlərinə hücumları dayandırmaq üçün martın 24-də Ər-Riyadda əldə edilmiş Rusiya-Amerika razılaşmalarını qəbul etməsi ilə bağlı açıq bəyanatına baxmayaraq, Kiyev rejimi Rusiya Federasiyasının enerji infrastrukturuna zərbələr endirməyə davam edib", - deyə məlumatda bildirilir.

Ağarza Elçinoğlu