İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid" İngiltərə ikincisi "Arsenal"dan 24 yaşlı fransalı müdafiəçi Uilyam Salibanın transferi üçün 100 milyon avro ödəməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilir ki, "Arsenal" Salibanı satmaq istəmir və onunla yeni müqavilə imzalamağa çalışacaq.

Bu mövsüm o, ispaniyalı Mikel Artetanın rəhbərlik etdiyi komandada 39 oyun keçirib, 2 qol vurub.

"Transfermarkt" onun transfer dəyərini 80 milyon avro qiymətləndirir.

Ağarza Elçinoğlu