Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, yanğın rayonun Sumaylı kəndi ərazisində 1973-cü il təvəllüdlü Hüseynov Mübariz Hüseyn oğluna məxsus kafel istehsalı sexində baş verib.
Yanğın yerinə Zaqatala rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 90 m² olan sexin 40 m² çardağ hissəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Seymur Əli