Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında olub. Matç ev sahibinlərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.
"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.
Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.
Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.