Güclü külək Qax rayonunda yaşayış evinin dam örtüyünü uçurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Lələpaşa kəndində baş verib.

Belə ki, güclü külək nəticəsində Nahid Telman oğlu Əzizxanova məxsus yaşayış evinin dam örtüyü qoparaq yaxınlıqdakı əkin sahəsinə düşüb. Evdə 6 nəfər yaşayırdı.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seymur Əli